Lisenziya üçün getmişdilər, fiaskoya uğradılar

29 Sentyabr 2019 14:56 Ağır atletika 690
Lisenziya üçün getmişdilər, fiaskoya uğradılar

Tailandın Pattaya şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, mundialda ölkəmizi təmsil edən hər 3 idmançımız uğursuz çıxış edib.

105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) mübarizə apardığı dünya çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşısa da, Azərbaycan millisi üçün fiasko ilə bitib. 55 kq çəki dərəcəsində Səbinə Əzimova 24-cü, 59 kq-da bolqar legionerimiz Boyanka Kostova 35-ci, 96 kq-da körpücük üzərinə çıxan Nailxan Nəbiyev isə 36 iştirakçı arasında 29-cu yeri tutaraq ümidləri doğrultmayıb.

Azərbaycan DÇ-ni qadınların yarışında komanda hesabında 26 xalla 62-ci pillədə başa vurub. Kişilərin mübarizəsində yalnız Nailxan Nəbiyevlə təmsil olunan ölkəmiz mundialı 3 xalla 71-ci yerdə yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"