Azərbaycan olimpiadaya daha bir lisenziya qazandı

12 Noyabr 2019 10:40 Ağır atletika 819
Azərbaycan olimpiadaya daha bir lisenziya qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, çempionatın beşinci günündə paralimpiya çempionumuz Uluxan Musayev yarışlara qatılıb.

F56 kateqoriyasında lövhə atma yarışında paralimpiyaçımız 41.58 metrlik nəticə göstərib. 4-cü yerə çıxan Uluan Musayev Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Beləliklə Tokio paralimpiadasına lisenziya qazanan azərbaycanlı idmançıların sayı 7-yə yüksəlib.

Bundan əvvəl eyni yarışda Kamil Əliyev və Samir Nəbiyev də yüksək nəticə göstərərək Tokio-2020-yə lisenziya əldə etmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
16 May 03:40 AFFA-da görüş oldu
16 May 02:00 AFFA bu yeri seçdi