Azərbaycan atleti finişə çata bilmədi - DÜNYA ÇEMPİONATI

6 Oktyabr 2019 11:12 Ağır atletika 1 065
Azərbaycan atleti finişə çata bilmədi - DÜNYA ÇEMPİONATI

Qətərin paytaxtı Dohada yüngül atletika üzrə dünya çempionatı davam edir. Sportinfo.az xəbər verir ki, yarışda 4 idmançı ilə qatılan Azərbaycan medalsız qalıb.

Son olaraq, mübarizəyə qoşulan Evans Kiplaqat da ümidləri doğrultmayıb. Atletimiz marafon yarışında finişə çata bilməyib. Keniya əsilli idmançı 25 km-dən sonra qaça bilməyib və DÇ-dəki çıxışını başa vurub.

Qeyd edək ki, ölkəmizi dünya çempionatında Nazim Babyev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 May 03:40 AFFA-da görüş oldu
16 May 02:00 AFFA bu yeri seçdi