“Qarabağ”, işini bil - Üstünə “ordu” gətirirlər!

27 Avqust 2024 15:00 Ağır atletika 1 680
“Qarabağ”, işini bil - Üstünə “ordu” gətirirlər!

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Dinamo” Bakıda dəstəksiz qalmayacaq.

Matç günü Xorvatiyadan ölkəmizə təxminən 200-250 nəfər azarkeş gələcək.

Bununla bağlı Zaqreb təmsilçisi “Qarabağ”a müraciət ünvanlayıb ki, qonaqlar üçün nəzərdə tutulmuş sektorda azı bu qədər yer ayrılsın.

Azarkeşlərin böyük əksəriyyəti “Bad Blue Boys” və “ZG DD” azarkeş qruplarının üzvləri olacaq.

Avqustun 20-də “Maksimir” stadionunda baş tutan ilk görüşdə “Dinamo” 3:0 hesabı ilə qələbə qazanıb.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında