Azərbaycan yığmasından DÇ-nin finalına növbəti vəsiqə

28 Sentyabr 2019 09:56 Ağır atletika 629
Azərbaycan yığmasından DÇ-nin finalına növbəti vəsiqə

Qətərin paytaxtı Dohadakı dünya çempionatında Azərbaycanın daha bir atleti finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, bu, üç təkanla tullanma yarışında baş verib.

Aleksis Kopello təsnifat mərhələsində 16,95 metr nəticə göstərərək 6-cı olub. Kubalı legioner adını həlledici mərhələyə yazdırıb. Əvəzində qapalı manejdə Avropa çempionu Nazim Babayev 16,65 metr nəticə ilə 19-cu olub və 12 finalçı arasına düşə bilməyib.

Daha əvvəl çəkicatma yarışında Anna Skidan da finala vəsiqə qazanıb.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı