COP29

Çempionata vəsiqə qazanan klub hansı rayona köçürüləcək?

22 İyun 14:40 II Divizion 5 148
Çempionata vəsiqə qazanan klub hansı rayona köçürüləcək?

Pley-off mərhələsində «Şəfa»ya 2:0 və 3:1 hesabıyla qalliö gələrək növbəti mövsümdən II Liqada mübarizə aparmaq hüququ qazanan «Hypers» rayonlardan birini təmsil edə bilər.

AFFA-dan yeni yaranmış klubun rəhbərliyinə belə məsləhət görülüb.

Federasiya əyalət komandalarının çoxluq təşkil etdiyi çempionatda daha bir bölgənin varlıq göstərməsini istəyir. Və bu üzdən Region Liqasının gümüş medalçısına seçim etmək təklif olunub.

Quba, Şirvan və Kürdəmir kimi rayonlardan biri - indi söz «Hypers»dədir.

Qubaya köç çətin görünür. Çünki bu şimal rayonunda normal stadion yoxdur.

Yerli Olimpiya Kompleksinin arenası bir neçə ildir bağlı saxlanılır. Yaxınlarda Mərkəzi Bankın mülkiyyətinə keçən futbol qurğusunun nə vaxt istifadəyə açılacağı naməlumdur.

Kürdəmir stadionunun vəziyyəti isə o bir qədər yaxşı deyil. oranın güclü təmirə ehtiyacı var.

Şirvana gəlincə, Olimpiya Kompleksinin stadionu II Liqanın oyunlarını qəbul etməyə hazır haldadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti