II Liqada IX tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Ağstafa Gəncləri" doğma meydanda "Şəki"ni qəbul edib. Qarşılaşma Qərb bölgəsi təmsilçisinin 11:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 15-ə yüksəldən "Ağstafa Gəncləri" turnir cədvəlinin IV pilləsində qərarlaşıb. 3 xalı olan "Şəki" isə sonuncu yerdədir.
"Ağstafa Gəncləri" - "Şəki" 11:1
Qollar: E.Qasımov, 7, 28 (pen), 33, 42, 63, C.İmamverdiyev, 8, 44, E.Namazov, 13, 89, F.Osmanov, 17 (avtoqol), Y.Hüseynov, 55 - E.Hacıbabayev, 58
