COP29

Çempionata qatılan son komanda bu gün bilinəcək – CANLI YAYIM

5 İyun 17:00 II Divizion 1 395
Çempionata qatılan son komanda bu gün bilinəcək – CANLI YAYIM

Azərbaycan II Liqasında bu gün pley-off mərhələsinin cavab qarşılaşması keçiriləcək.

Sportinfo.az xəbər verir ki, AFFA Region Liqası təmsilçisi "Hypers" II Liqanı 13-cü pillədə bitirən "Şəfa" ilə qarşılaşacaq.

"ASCO Arena"da keçiriləcək görüşün start fiti saat 17:00-da səsləndiriləcək.

İlk görüşdə "Hypers" rəqibini 2:0 hesabı ilə məğlub edib. Vüqar Nadirovun baş məşqçisi olduğu kollektiv AFFA Region Liqasında ikinci yeri tutub. "Şəfa" klubu isə II Liqada 2023/2024 mövsümünü 18 xalla 13-cü pillədə bitirib.

İki oyunun nəticəsinə əsasən üstün olan tərəf 2024/2025 mövsümündə Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanacaq.

"Hypers" – "Şəfa"
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR:Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“ASCO Arena”, 17:00

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?