Adı oyunlara pul qoyuluşunda hallanan futbolçu 200 manatlıq təkliflə RAZILAŞDI

3 Sentyabr 2023 09:50 II Divizion 5 220
Adı oyunlara pul qoyuluşunda hallanan futbolçu 200 manatlıq təkliflə RAZILAŞDI

Azərbaycan millisinin sabiq oyunçusu Təmkin Xəlilzadə özünə yeni komanda tapıb.

Bir ilə yaxındır klubsuz qalan müdafiəçi bundan sonra II Liqada çıxış edəcək.

O, ilk dəfə təşkil olunacaq çempionatda mübarizə aparacaq "Füzuli" ilə anlaşıb.

Xəlilzadə yalnız oyundan-oyuna yeni kollektivinin düşərgəsinə qoşulacaq və forma geyinəcəyi hər qarşılaşmaya görə 200 manat alacaq.

30 yaşlı cinah oyunçusu karyerası ərzində "Qarabağ", AZAL, "Zirə", "Qəbələ" və "Sabah"ın şərəfini qoruyub.

2017-ci ildən dəvət aldığı millidə 17 matça çıxan və 3 qol vuran Təmkin meydankənar amillərə görə böyük futboldan uzaq düşüb.

Mətbuat dəfələrlə onun adının oyunlara pul qoyuluşu edən futbolçuların siyahısında olmasını yazıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI