II Liqanın başı üzərini qara buludlar alıb.
Çempionatda mübarizə aparan 2-3 klub mövsümü yarımçıq başa vura bilər.
Onlar bununla bağlı AFFA-ya müraciət edib.
İkinci liqanın təmsilçiləri maliyyə çətinliyi ilə üzləşdiklərini, fəaliyyətini dayandırmaq təhlükəsinin ciddi olması barədə federasiyanı məlumatlandırıblar. Eyni zamanda, respublikanın baş futbol qurumundan kömək istəyiblər.
İlk dəfə keçirilən II Liqada 14 komanda qüvvəsini sınayır. AFFA birinciliyin iştirakçılarının hər birinə aylıq 5000 manat dotasiya ayırıb.
SPORTİNFO.AZ

