4 yeni transfer etdilər, üçü “Xəzər Lənkəran“dan - FOTOLAR

10 Fevral 2024 09:40 II Divizion 2 613
4 yeni transfer etdilər, üçü “Xəzər Lənkəran“dan - FOTOLAR

II Liqada mübarizə aparan “Lerik” 4 yeni transfer edib.

Cənub təmsilçisi əsas üstünlüyü “Xəzər Lənkəran“ın yetirmələrinə verib.

Ruslan komandamıza “Zəfər 44“dən (Cəlilabad), Penci Ağazadə “Sabah“dan, Mirabbas Qədirli “Masallı“dan komandaya cəlb olunub.

Həmçinin “Səbail“ yetirməsi Aqil Nəzərli “Biləsuvar“dan gətirilib.

Ötən mövsüm Region Liqasında qüvvəsini sınamış əyalət təmsilçisi II Liqanın ilk yarısını zəif keçirib. 15 tura 12 xal toplayan leriklilər 11-ci pillədə qərarlaşıb.

Kollektiv qış fasiləsində 10 oyunçunu yola salıb.

“Lerik” Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA