COP29

Komandadan uzaqlaşdırdılar ki, az oynayıb, çox pul qazanırsan… VİDEO

17 May 09:40 II Divizion 1 548
Komandadan uzaqlaşdırdılar ki, az oynayıb, çox pul qazanırsan… VİDEO

Azərbaycan çempionatında mövsümün rekordu II Liqada qeydə alındı.

"Füzuli"nin hücumçusu Elvin Nəsibov bir oyunda 7 qol vurdu.

O, II Liqanın XXV turunda fərqləndi. 1996-cı il təvəllüdlü forvrdın qolları “Kürmük Qax”la ev matçında komandasına 7:2 hesablı qələbə qazandırdı.

Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.

Hər iki oyunçu buna “Kəpəz” forması ilə nail olub. Fazil Pərvərov 1993/94 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) yeddi dəfə fərqlənib.

Üç il sonra - 1996/97 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.

Elvin Nəsibov cari mövsümə «Cəbrayıl»da başlayıb. Cavid Hüseynov qış fasiləsində ondan imtina edib.

Baş məşqçi qərarını bir səbəblə əsaslandırmağa çalışıb - o, az maaş almır, amma tez-tez zədələnir.

Belədə Nəsibov yeni ilin əvvəlində Qarabağın digər bir təmsilçisinə - «Füzuli»yə keçir.burada isə bəxt və şans hər addımda onunla yanaşı addımlayır.

«Cəbrayıl»da istədiyini edə bilməyən forvard yeni komandasında axtardığını tapır - hamı oynayır. Budur, son turda senta-trik edən Elvin artıq çempionatın bombardiridir.

Ümumi qol sayını 31-ə çatdıran hücumçu «Şahdağ»lı həmkarı Tural Qürbətovu 1 top qabaqlayır. İrəlidə isə onu daha bir «imtahan» gözləyir.

Füzuli rayonunun eyniadlı təmsilçisi mövsümü ikinci pillədə başa vurmaq və bununla I Liqaya vəsiqə uğrunda pley-off oyunlarına qalmaq üçün «Cəbrayıl»la üz-üzə gələcək.

Son tur Elvin üçün bu mənada ikiqat əhəmiyyətlidir. Həm Cavid Hüseynova «mən mənəm» demək, həm də qiymətini qaldırmaq üçün.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!