
Peşəkar Futbol Liqası (PFL) ilk dəfə təşkil olunacaq II Liqada çıxış edəcək futbolçuları sevindirəcək qərar verib.
PFL yarımhəvəskar çempionatda forma geyinəcək oyunçuların minifutbol üzrə ölkə çempionatında da yarışmasına icazə tanıyıb.
Qurum II Liqa komandalarında əməkhaqların aşağı olmasını nəzərə alıb. Üstəlik, futbolçu problemi var.
Burada qüvvəsini sınayacaq klublar kadr sarıdan problem yaşayır. Əksəriyyət maaşının azlığına görə II Liqada qüvvəsini sınamaq istəmir və daha yaxşı şərtlərlə minifutbola üz tutur.
Yeni icazə yalnız minifutbol komandalarına dəvət alanlara aiddir.
II Liqada adı iştirak ərizəsinə düşəcək oyunçular paralel olaraq futzal üzrə liqalarda və Region Liqasında qeydiyyata alınmayacaq.
SPORTİNFO.AZ