"Bakı"da tanındı, “Xəzər”də sevildi, hamını “qabağına qatdı” - VİDEO+FOTOREPORTAJ

7 Dekabr 2023 17:40 II Divizion 1 290
"Bakı"da tanındı, “Xəzər”də sevildi, hamını “qabağına qatdı” - VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında 13-cü turun oyunları keçirilib.

“Göygöl” evdə “Şahdağ-Qusar”la qarşılaşıb.

Matç qusarlıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start fitindən etibarən ərazi üstünlüyünə yiyələnən qonaqlar 2-3 fürsəti boşa verib.

İlk qolu 27-ci dəqiqədə Mehdi Rəsulov vurub. Yarımsaatın tamamında Tural Qürbətov fərqi artırıb.

“Göygöl” fasilədən sonra “yuxu”dan ayılmağa cəhd göstərib, “Şahdağ”ın qapısı önündə təhlükəli vəziyyətlər yaradıb.

Imkanları dəyərləndirməyən ev sahibləri son 16 dəqiqədə oyunun “ip”ini tamamilə əldən verib. Tural cərimə meydançası daxilində 4 müdafiəçini aldadaraq, gözəl qola imza atıb.

"Bakı" və "Xəzər Lənkəran"ın sabiq forvardı 88-ci dəqiqədə het-trikini rəsmiləşdirib.

Buna kimi komandasının ən yaxşısı olan və bir neçə epizodda əla seyvlə yadda qalmış Nicat Əmirxanov bu dəfə onun cərimə zərbəsindən qapıya istiqamətləndirdiyi zərbənin tora qovuşmasına əngəl ola bilməyib.

Bəhram Şahquliyevin çalışdırdığı “Şahdağ” bu qələbə sayəsində turnir cədvəlində üçüncü pilləyə qalxıb. 22 xalda qalan “Göygöl” 6-cı sırada yer alıb.

SPORTİNFO.AZ

Göygöl OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Rəhman Aslanov
Dördüncü hakim: Mahmud Bağırzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Cavid Abbasov, 59 (qeyri-idman hərəkəti) // İlqar Hüseynov, 50 (qeyri-idman hərəkəti); Rubin Seyidov, 80 (qeyri-idman hərəkəti)
Qollar: Mehdi Rəsulov, 27; Tural Qurbatov, 30, 74, 88
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

“Göygöl”

1. Nicat Əmirxanov (k)
5. Səmid Rüstəmbəyli
(22. Vüsal Mehdiyev, 77)
10. Ziyabil Məmmədov
20. Cavid Abbasov
(4. Qaya Nəsibov, 77)
8. Fizuli Həsənzadə
(15. Coşqun Abdiyev, 46)
14. Ülvi Cəlilov
70. Kamal Həsən-pur
(88. Nihad Məhərrəmov, 82)
33. Kənan Allahverdiyev
6. Kərim Vəliyev
25. Fərid Məmmədov
11. İntiqam Tağıyev
Ehtiyat oyunçular:
30. Emin Dibirov
17. Emil Mürsəlov
Məşqçi: Elnur Kazımov

Şahdağ Qusar”

1. Babək Allahverdiyev
14. Rahid Əmirquliyev (k)
3. Əlimirzə Daşzərini
(44. Afin Bağırov, 83)
88. Mehdi Rəsulov
11. Tural Qurbatov
38. Mübarək Şaquliyev
71. İlqar Hüseynov
(8. Fərman Qənbərov, 69)
7. Salman Atluxanov
4. Rubin Seyidov
21. Ruslan Ağalarov
(19. Samir Şixzadayev, 88)
27. Kamran Qürbətov
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
16. Denis İsmixanov
30. Ruslan Kiçibəyov
Baş məşqçi: Bəhram Şaquliyev

Digər Xəbərlər
Xəbər Lenti