COP29

"Hücumçuyam, elə alındı ki, bir oyunda 7 qol vurdum"

22 May 08:50 II Divizion 1 069
"Hücumçuyam, elə alındı ki, bir oyunda 7 qol vurdum"

"Hücumçuyam, elə alındı ki, bir oyunda 7 qol vurdum".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın futbol üzrə II Liqasında mübarizə aparan “Füzuli”nin hücumçusu Elvin Nəsibov söyləyib.

XXV turda “Kürmük Qax”la oyunda (7:2) 7 qol vuran və bombardirlər siyahısında birinci yerə yüksələn Nəsibov çox sevincli olduğunu bildirib:

“Əsas komandanın qələbəsi idi. Şükür Allaha, bunu bacardıq. Mən də təbii ki, qollar vurduğuma görə çox sevincliyəm”.

E.Nəsibov itirilən xalların çempionluq şanslarının üstündən xətt çəkdiyini söyləyib:

“Bəzi qələbə qazana biləcəyimiz oyunlarda heç-heçə etdik. Komanda vacib xallar itirdi.

“Baku Sportinq” də yaxşı çıxış edirdi. Mən ikinci dövrədən “Füzuli”dəyəm.

Düzdür, çempionatın ən az məğlub olan komandası bizik. Cəmi bir dəfə uduzmuşuq.

İkinci yerdə olmağımızın səbəbi heç-heçələrdir. Halbuki çempionatın ən yaxşı komandalarındanıq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!