"Klubumuzun çox böyük gələcəyi var, yeni ildən hər şey fərqli olacaq"

16 Noyabr 2023 11:20 II Divizion 2 259
"Klubumuzun çox böyük gələcəyi var, yeni ildən hər şey fərqli olacaq"

«Klubumuzun çox böyük gələcəyi var, buna əmin ola bilərsiz».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

Bu ilin avqustunda fəaliyyətini bərpa edən və II Liqada mübarizə aparmağa başlayan «polislər» 2024-cü ilin gjəlişini böyük səbirsizliklə gözləyir. Hər halda klubun idarəçisi ciddi layihələrin həyata keçirilməsinə az qaldığını bildirir:

«Dinamo» Daxili İşlər Nazirliyinin balansında fəaliyyət göstərir. Nazirlik səviyyəsində kluba böyük diqqət və maraq var.

Bütün problemlərimizi vaxtında həll edirlər. Komandanı nədənsə korluq çəkməyə qoymurlar.

Heç bir maddi çətinliyimiz yoxdur. Yeni ildən hər şey daha yaxşı olacaq.

«Dinamo» ilə əlaqəli ciddi planlar var, yaxınlarda onların icrasına başlanacaq. Bu, sizə elə-belə gəlməsin, mən sizə kifayət qədər böyük planlardan danışıram.

Nazirliyin rəhbərliyinin sayəsində «Dinamo» öz əzəmətini geri qaytaracaq. Klubumuz yaxın illərdə Premyer Liqada, avrokuboklarda öz sözünü deyəcək».

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU