Azərbaycanda belə qolları vura bilməyənlər var - VİDEO+FOTOREPORTAJ

30 Oktyabr 2023 09:40 II Divizion 1 192
Azərbaycanda belə qolları vura bilməyənlər var - VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında VIII tura yekun vurulub.

Lliderlər qrupunda qərarlaşan "Baku Sportinq"lə "Göygöl" Binədə üz-üzə gəlib.

Turun mərkəzi qarşılaşması paytaxt təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb.

Ülvi Quliyev 9-cu dəqiqədə cərimə meydançası daxilində bir neçə nəfəri qabağına qataraq, gözəl qol vurub. Beləcə, hücumçu çempionatdakı qollarının ümumi sayını 10-a çatdırıb.

Deməliyik ki, «Göygöl» bundan sonra oyunu irəlidə keçirib. Hücumlarının arasını kəsməyən qonaqlar 4 əla fürsət yaxalayıb.

Vüqar Əşrəfli və Coşqun Abdıyev bu imkanların birini də dəyərləndirə bilməyib. “Baku Sportinq”in qapıçısı Cəfər Əlizadə möhtəşəm seyvlərlə qərb təmsilçisinin hesabı bərabərləşdirməsinə izn tanımayıb.

O, hətta qapı xəttinin üstündən vurulan başla zərbənin tora qovuşmasını əngəlləyib.

Özünə bənzəməyən ev sahibləri yalnız son dəqiqələrdə hücum barədə fikirləşməyə başlayıb. «Göygöl»ün tamamilə önə çıxmasını görən Elman Sultanovun komandası Röyal Nəcəfovla şans yaxalayıb, onda da forvardın zərbəsini Mahallah Məmmədov dəf edib.

Xallarını 19-a yüksəldən "Baku Sportinq" çempionatın lideridir. 16 xalı olan "Göygöl" isə 3-cü pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 50 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Samir Qaracayev
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqə: Hakan Həsənov, 82 (oyunun bərpasının ləngidilməsi)
Qol: Ülvi Quliyev, 9
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
10. Elgün Abbaslı
28. Ülvi Quliyev
(2. Ramil Rüstəmov, 50)
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
44. Vüqar Rəhimov
99. Hakan Həsənov
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
14. Emil Həsənzadə
6. Ağası Babayev
16. Emin Hüseynzadə
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

“Göygöl”

13. Maşallah Məmmədov
(1. Nicat Əmirxanov, 34)
5. Səmid Rüstəmbəyli
10. Ziyabil Məmmədov
15. Coşqun Abdiyev
(57. Bəşir Qarayev, 90+4)
20. Cavid Abbasov
8. Fizuli Həsənzadə
(6. Kərim Vəliyev, 71)
14. Ülvi Cəlilov
7. Vüqar Əşrəfli (k)
70. Kamal Həsən-pur
33. Kənan Allahverdiyev
25. Fərid Məmmədov
Ehtiyat oyunçular:
30. Emin Dibirov
17. Emil Mürsəlov
22. Vüsal Mehdiyev
24. Elmir Xəlilov
88. Nihad Məhərrəmov
4. Qaya Nəsibov

Baş məşqçi: Araz Mansurov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA