COP29

Bu da "Xəzər Lənkəran"dan tanıdığımız oyunçunun gözəl qolu - VİDEO+FOTOREPORTAJ

20 Mart 23:45 II Divizion 1 430
Bu da "Xəzər Lənkəran"dan tanıdığımız oyunçunun gözəl qolu - VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XVII tura yekun vurulub.

"Baku Sportinq" öz meydanında "Lerik"i qəbul edib.

Ötən tur Şəkidə mövsümün ilk məğlubiyyətini alan lider bu dəfə sensasiyaya imkan verməyib.

Qarşılıqlı hücumlarla başlayan qarşılaşmada hesabı Röyal Nəcəfov açıb. Ondan 5 dəqiqə sonra - 32-ci dəqiqədə Bəxtiyar Soltanov fərqi artırıb.

Cənub təmsilçisi ikinc hissəyə qolla start verib. «Xəzər Lənkəran»dan tanıdığımız Kamran Abdullazadə cərimə meydançasının xətti üzərində gözəl fint işlədərək, iki izləyicisindən aralanıb və sol ayaqla qapının yaxın «doqquzluğ»unu dəqiq nişan alıb.

Qolun baxımlığına söz ola bilməz, yarımmüdafiəçi həqiqətən kapitana yaraşan qola imza atıb.

Oyunun son bölümündə - 73-79-cu dəqiqələr aralığında Buzovna komandası «Lerik»in hesabı bərabərləşdirmək ümidlərinin üstündən xətt çəkib. Röyal dubl müəllifi olubsa, Ülvi Quliyev yaxın məsafədən 4-cü qolu vurub.

Qonaqlar 1:4 hesablı məğlubiyyətə sevinməlidir. Fərq daha böyük ola bilərdi. Ayaz Məmmədlinin qapıda dirənişi lerikliləri daha biabırçı yenilgidən xilas edib. O, azı 5-6 epizodda komandasının dadına çatıb.

Xallarını 41-ə yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 15 xalı olan "Lerik" isə 11-ci yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 80 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Samir Qaracayev
Dördüncü hakim: Xalid Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Sarı vərəqələr: Röyal Nəcəfov, 22 (qeyri-idman hərəkəti); Vüqar Rəhimov, 54 (qeyri-idman hərəkəti); Ülvi Quliyev, oyundan sonra (qeyri-idman hərəkəti) // Mirabbas Qədirli, oyundan sonra (qeyri-idman hərəkəti)
Qollar: Röyal Nəcəfov, 27, 73; Bəxtiyar Soltanov, 32; Ülvi Quliyev, 79 // Kamran Abdullazadə, 46
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

“Baku Sportinq”

22. Vaqif Şirinbəyov
13. Comərd Baxşəliyev
(5. Rəvan Kərimov, 65)
19. Hüseyn Axundov
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
(28. Ülvi Quliyev, 65)
9. Röyal Nəcəfov (k)
4. Elşad Manafov
10. Elgün Abbaslı
(32. Elməddin Hüseynzadə, 78)
8. Aqşin Paşayev
(17. Hüseyn Əliyev, 46)
7. Məhəmməd Xəlilov
44. Vüqar Rəhimov
(99. Hakan Həsənov, 78)
Ehtiyat oyunçular:
1. Cəfər Əlizadə
3. Taleh Babayev
14. Emil Həsənzadə
6. Ağası Babayev
2. Ramil Rüstəmov
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

“Lerik”

1. Ayaz Məmmədli
17. Fahil Dostiyev
42. Valid Yusubzadə
8. Ruslan Tağızadə
7. Kamran Abdullazadə (k)
19. Farid Şiriyev
(10. Nurlan Əmirzadə, 46)
2. Əli Məzahirli
99. Mirabbas Qədirli
11. Əli Tağızadə
(6. Mətin Əbilsoy, 74)
24. Rəvan Quluzadə
(25. İtaət Balayev, 83)
3. Mirvaleh Hüseynov
Ehtiyat oyunçular:
12. Hafiz Məmmədli

Baş məşqçi: Vidadi Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti