Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”dən tanıdığımız Cavid İmamverdiyev 9-cu dəqiqədə başla hesabı açıb. Bir qədər sonar Müseyib Vəlizadə ikinci qolu vurub.
O, 51-ci dəqiqədə yenidən fərqlənib. Premyer Liqada bir çox klubun şərəfini qorumuş Ramazan Abbasov da cərimə meydanşasının önündəm qüvvətli zərbəylə adını tabloya yazdırıb.
68-cı dəqiqədə Elariz Xəlilli son nöqtəni qoyub.
O, cəld tərpənərək topa tez yiyələnib və qapının yaxın küncünü nişan alıb. Elariz toru silkələməsini 3 dəfə salto vurmaqla qeyd edib.
Xallarını 22-yə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 25 xalı olan "Göygöl" isə 6-cı yerdədir.
SPORTİNFO.AZ
Heydər Əliyev adına İmişli şəhər stadionu. 200 tamaşaçı Baş hakim: Namiq Bəkirov Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Səbuhi Əmrahov Dördüncü hakim: Sərxan İsmayılov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Eldəniz Musayev Sarı vərəqələr: Mirabbas Mirbabayev, 36 (qeyri-idman hərəkəti); Qeyrət Əliyev, 63 (qeyri-idman hərəkəti); İlkin Hüseynli, 88 (qeyri-idman hərəkəti) // İsa Bayramov, 41 (qeyri-idman hərəkəti) Qollar: Cavid İmamverdiyev, 13; Museyib Vəlizadə, 18, 50; Ramazan Abbasov, 54; Elariz Xəlilli, 68 Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - 2 dəq.
“Kür-Araz”
1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
(21. Rüfət Rəhimzadə, 64)
55. Qeyrət Əliyev
14. Elnur Məmmədov (k)
10. Cavid İmamverdiyev
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
(4. Fərid Oruczadə, 75)
9. Elxan Məmmədov
(44. Ramal Aslanlı, 75)
77. Museyib Vəlizadə
(17. Elariz Xəlilli, 55)
15. Babək Yaqublu
5. İlkin Hüseynli Ehtiyat oyunçular:
99. Novruz Qəhrəmanov
12. Şöhrət Qasımlı
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev Baş məşqçi: Ələmdar Mustafayev
“Göygöl”
1. Nicat Əmirxanov
10. Ziyabil Məmmədov (k)
20. Cavid Abbasov
8. Fizuli Həsənzadə
(25. Fərid Məmmədov, 40)
14. Ülvi Cəlilov
4. İsa Bayramov
(33. Kənan Allahverdiyev, 52)
30. Elcan Rəhimov
70. Kamal Həsən-pur
6. Kərim Vəliyev
11. İntiqam Tağıyev
(2. Vahid İbrahimov, 62)
5. Sənan Həsənov Ehtiyat oyunçular:
22. Vüsal Mehdiyev
15. Coşqun Abdiyev
17. Çingiz Məmmədov Məşqçi: Elnur Kazımov