Hakimləri təhqir edən məşqçi hansı rəhbər şəxsin oğludur?

24 Noyabr 2023 09:40 II Divizion 1 251
Hakimləri təhqir edən məşqçi hansı rəhbər şəxsin oğludur?

II Liqanın “Kür-Araz” – “Baku Sportinq” matçında (0:3) qalmaqal yaratmış Üzeyir Sefizadənin kimliyi məlum olub.

Qarşılaşmanın fasiləsində hakimin qərarına etiraz görə ikinci sarıdan qırmızı vərəqə almış məşqçi İmişli klubunun prezidenti Mirheydər Sefiyevin oğludur.

Matç başa çatandan sonra hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanan Üzeyir “Kür-Araz”ı 400 manat xərcə salıb.

Onun özü keçmiş futbolçudur. Vaxtilə “MKT-Araz“ın formasını geyinib, hücumçu mövqeyində çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA