Azərbaycanda əyalət klubu yeni transferlərinin sayını 13-ə çatdırdı - FOTOLAR

1 Mart 2024 23:40 II Divizion 1 728
Azərbaycanda əyalət klubu yeni transferlərinin sayını 13-ə çatdırdı - FOTOLAR

II Liqada qalmaq uğrunda mübarizə aparan «Lerik» ikinci dövrəyə hazırlığı başa vurub.

Cənub təmsilçisi qış fasiləsində düşərgəsinə cəlb etdiyi yeni futbolçuların sayını 13-ə çatdırıb.

Son olaraq 9 nəfər kollektivə cəlb olunub.

Onlardan Fərid Şiriyev hücum mövqeyində çıxış edir və «Səbail-2»də forma geyinib.

«Xəzər Lənkəran»ın yetirməsi olan Əli Məzahirli yenidən bura qayıdıb. O, mövsümün əvvəlini Region Liqasında - «Masallı»da keçirib.

«Xəzər Lənkəran»ın daha bir yetirməsi - Əli Tağızadə isə «Araz Saatlı»dan gəlib.

Müdafiəçi mövqeyində çıxış edən Niyal Abasov Niyal «Şamaxı»nın aşağı yaşlılardan ibarət komandasında çıxış edib.

«Xəzər Lənkəran»da futbolun sirlərini öyrənmiş Mirvaleh Hüseynov «Viləş» və «Keşlə»də forma geyinib.

Murad Əliyev Lənkəran futbolunun yetirməsidir. Sezonun ilk yarısında «Ərkivan»ın heyətində Region Liqasının həyacanını yaşayıb.

Yeni gələnlərdən İtaət Balayev də futbolda ilk addımlarını «Xəzər Lənkəran»da atıb. O, bir vaxtlar «Sumqayıt»ın aşağı yaş qruplarında özünü sınayıb.

Azad Bayramzadə uşaq futbolunu «Xəzər Lənkəran» və «Qarabağ»da keçirib. «Lerik»ə «Ərkivan»dan gəlib.

Aqil Nəzərli «Səbail»in yetirməsidir. Son ayları «Biləsuvar»da keçirib.

Cənub təmsilçisi daha öncə əsas üstünlüyü “Xəzər Lənkəran“ın yetirmələrinə verib.

Ruslan komandamıza “Zəfər 44“dən (Cəlilabad), Penci Ağazadə “Sabah“dan, Mirabbas Qədirli “Masallı“dan komandaya cəlb olunub.
Həmçinin “Səbail“ yetirməsi Aqil Nəzərli “Biləsuvar“dan gətirilib.

Ötən mövsüm Region Liqasında qüvvəsini sınamış əyalət təmsilçisi II Liqanın ilk yarısını zəif keçirib. 15 tura 12 xal toplayan leriklilər 11-ci pillədə qərarlaşıb.

Kollektiv qış fasiləsində 10 oyunçunu yola salıb.

“Lerik” Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA