COP29

Hamı getdi, düşəgədə cəmi 12 futbolçu qaldı - VİDEO

11 Mart 09:40 II Divizion 821
Hamı getdi, düşəgədə cəmi 12 futbolçu qaldı - VİDEO

Azərbaycan II Liqasında XV tura start verilib.

"Ağdaş" doğma rayonda "Şəki Siti"ni qəbul edib.

Hesab erkən açılıb. Fuad Hüseynov 5-ci dəqiqədə əlaa təşkil olunmuş hücumu qolla tamamlayıb.

Qonaqlar bu epizodda ofsayd olduğunu iddia eləsə də, referi Vüqar Həsənli onların haray-həşirinə əhəmiyyət verməyib.

Fasiləyə bir qədər qalmış (40-cı dəqiqə) Yusif Dilanov «Şəki»ni azlıqda qoyub. Baş hakim onun rəqibin ayağını tapdalamasını əsas gətirərək, cibindən qırmızı vərəqə çıxarıb.

Buna rəğmən, Şəki təmsilçisi 65-ci dəqiqədə hesabı bərabərləşdirib. Elşən Mustafayev cərimə meydançasının həndəvərindən qapının uzaq küncünü dəqiq nişan alıb.

«Ağdaş» stadiona toplaşmış 350 azarkeşin dəstəyi ilə ard-arda hücumlar təşkil edib. Azı 4-5 qol vəziyyəti yaratsalar da, heç birindən yararlanmayıblar.

Hətta son dəqiqədə ən real fürsəti boşa veriblər. Beləcə, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

"Şəki"nin 2024-cü ilə problemlərlə qədəm qoyduğu burada məlum olub. Belə ki, komanda ötən 2 ayda ciddi dəyişikliyə uğrayıb, xeyli sayda futbolçu düşərgəni tərk edib.

Qalanlarını barmaqla saymaq mümkündür. Təsadüfi deyil ki, qonaqlar Ağdaş səfərinə cəmi 12 futbolçu ilə çıxıb və 90 dəqiqə ərzində əvəzetmə hüququndan istifadə eləməyib.

15 turdan sonra 24 xal toplayan "Şəki Siti" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Ağdaş" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Ağdaş şəhər stadionu. 350 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Aydın Baxşıyev, Rəhman Aslanov
Dördüncü hakim: Xalid Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Elvin İsmayılov, 35 (qeyri-idman hərəkəti); Ülvi Sarıyev, 55 (qeyri-idman hərəkəti); Fuad Hüseynov, 55 (qeyri-idman hərəkəti); Sahil Həsənov, 62 (qeyri-idman hərəkəti); Vasif Nəsirov, 89 (qeyri-idman hərəkəti); Mahir Salmanov, 90+1 (qeyri-idman hərəkəti) // Ramin İsmayılov, 20 (qeyri-idman hərəkəti); Elçin Ramazanov, 55 (qeyri-idman hərəkəti); Yusif Cəfərov, 55 (qeyri-idman hərəkəti); Süleyman Rauflu, 90+1 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Yusif Dilanov, 39 (ciddi qayda pozuntusu)
Qollar: Fuad Hüseynov, 5 // Elşən Mustafayev, 63
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.

“Ağdaş”

12. Ümid Paşayev
15. Vasif Nəsirov (k)
17. Ramal Əhmədov
(28. Ülvi Sarıyev, 46)
4. Azad Əzimli
(77. Oleq Xəlilov, 87)
24. Elvin İsmayılov
(19. Mahir Salmanov, 55)
30. Fuad Hüseynov
5. Xəyal Əmirli
11. Zamiq Abubəkirov
(26. Taleh Yusifli, 87)
6. Tural Əjdərli
(7. Taryel Zeynalov, 55)
10. Sahil Həsənov
16. Aqşin Yaqubov
Ehtiyat oyunçular:
1. Pünhan Hacıbalayev
13. Şahin Cəfərov
21. Rüstəm İslamov
3. Səbuhi Ağayev
36. Şahin Həsənli
Baş məşqçi: Ruslan Hüseynov

“Sheki City”

62. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
14. Elçin Ramazanov
27. Yusif Dilanov
8. Yusif Cəfərov
44. Osman Soltanov
21. Elşən Mustafayev
99. Sərcan Omarov
7. Xaliq Şabanov
77. Ramin Məmmədov
Ehtiyat oyunçular:
13. Eldəniz Əliyev
Baş məşqçi: Firuddin Mövsümov

Digər Xəbərlər
Xəbər Lenti