COP29

II Liqala hansı komandanın günü qara olacaq? - Oyunlardan CANLI YAYIM

11 Mart 12:50 II Divizion 535
II Liqala hansı komandanın günü qara olacaq? - Oyunlardan CANLI YAYIM

Bu gün II Liqada 17-ci tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Əsas diqqət «Cəbrayıl»la «Şahdağ»a yönələcək. Çempionluq uğrunda mübarizə aparan əyalət təmsilçiləri turnir cədvəlinin ikinci-üçüncü pillələrini bölüşdürür.

«Kürmük» Qaxda «Kür-Araz»ın yolunu gözləyirsə, Göygölün eyniadlı komandası doğma məkanda «Qusar»ı sınağa çəkəcək.

“Cəbrayıl” – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Rəhman Aslanov, Kamil Aydınov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Neftçi Futbol Mərkəzi” (IV meydança), 13:00

“Kürmük Qax” – “Kür-Araz”
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Anar Bədəlov, Vüqar Alıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qax OİK stadionu, 15:00

“Göygöl” – “Qusar”
Hakimlər: Elvin Bayramov, Aydın Baxşıyev, Samir Qaracayev, Xalid Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Göygöl OİK stadionu, 15:00

Digər Xəbərlər
Xəbər Lenti