COP29

Qollarına VALEH oldular - VİDEO+FOTOREPORTAJ

19 Mart 17:00 II Divizion 433
Qollarına VALEH oldular -  VİDEO+FOTOREPORTAJ

II Liqada XVII tura yekun vurulub.

"Dinamo" Binə qəsəbəsində "Göygöl"ü qəbul edib.

Murad Səlimovun baş hakimi olduğu qarşılaşma qol epizodu sarıdan sönük keçməyib. Hesabı 29-cu dəqiqədə İsa Bayramov açıb.

"Göygöl"ün müdafiəçisi rəqibin onların cərimə meydançasına ünvanladığı asmanı başla öz qapısından keçirib. Avtoqoldan sonra önə atılan "Dinamo"nu 31-ci dəqiqədə Valeh Seyidov sevindirib.

Qonaqların ofsayda olduğunu güman etdiyi hücumçu topu sinəsiylə önünə ataraq, qapı torunu güclə zərbəylə silkələyib.

O, 59-cu dəqiqədə dublunu rəsmiləşdirib. Vaxtilə aşağı yaş qrupları üzrə ölkə çempionatının bombardiri ünvanını qazanmış 26 yaşlı forvardın ikinci qolu kifayət qədər baxımlı alınıb.

Cərimə meydançası daxilində topa yiyələnən Seyidov 6-7 rəqibini qabağına qataraq, yaxın küncü nişan alıb. «Bakı»nın yetirməsi 77-ci dəqiqədə het-trik müəliffi ola bilərdi.

Gəl ki, Valeh özünə qarşı kobudluğa görə təyin edilən penaltini qapıçının üstünə vurmaqla, mövsüm ərzində qollarının ümumi sayını 14-ə çatdırmaq fürsətini qaçırıb.

Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 22-yə yüksəkdən "Dinamo" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 28 xalı olan "Göygöl" isə 6-cı yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 30 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Ruslan Babayev
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Sənan Həsənov, 65 (qeyri-idman hərəkəti); Möhsün Tapdıqov, 76 (qeyri-idman hərəkəti); Turani Əliyev, 78 (qeyri-idman hərəkəti)
Qollar: İsa Bayramov, 29 (ö.q.); Valeh Seyidov, 31, 59
Qolla nəticələnməyən penalti: Valeh Seyidov, 77
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

Dinamo”

1. İbrahim Bağırov
11. Şahin Əliyev
8. İntiqam Məmmədov
(99. Uğur Sayıllı, 81)
20. Valeh Seyidov (k)
22. İman Müseyibov
15. Tərlan Veysəlli
(3. Amil Cabbarlı, 69)
5. Elxan Zeynalabdinzadə
6. Kərim Məmmədov
(80. Rəvan Nağıyev, 81)
4. Ömər Əsgərov
(55. Nihat Bayramlı, 82)
17. Fizuli Dəmirov
(19. Əkbər Səfərzadə, 82)
44. Əli Məmmədli
Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
27. Rəsul Babazadə
24. İlkin Həsənli
16. Aslan Səlimov
14. Rəmzi Səfərov
18. Əli Hacıyev
2. Nihad Mahmudzadə
Məşqçi: İsmayıl Vəkiliqazicahani

“Göygöl”

1. Nicat Əmirxanov
2. Möhsün Tapdıqov
10. Vüsal Mehdiyev (k)
(20. Cavid Abbaszadə, 81)
57. Bəşir Qarayev
(7. Bilal Mehdiyev, 87)
4. İsa Bayramov
30. Elcan Rəhimov
33. Mirröyal Mahmudov
15. İsmayıl Məmmədov
5. Sənan Həsənov
25. Vahid İbrahimov
9. Elgün Qasımlı
(8. Turani Əliyev, 69)
Ehtiyat oyunçular:
11. Ramil Həsənov
Məşqçi: Fərid Babazadə

Digər Xəbərlər
Xəbər Lenti