COP29

Gürcü II Liqada qol vurdu, komanda yoldaşı hakimi söydü - VİDEO

13 Mart 19:00 II Divizion 544
Gürcü II Liqada qol vurdu, komanda yoldaşı hakimi söydü - VİDEO

I Liqada XVI tura start verilib.

"Kürmük” Qaxda "Kür-Araz"ı qəbul edib.

İmişli təmsilçisi ilk dəqiqələrdən hücuma atılıb və ardıcıl bir neçə qol vəziyyəti yaradıb. 21-ci dəqiqədə Ramazan Abbasov hesabı açıb.

Bir qədər sonra Elxan Məmmədov cərimə meydançasının önündən qapının uzaq küncünü dəqiq nişan alıb.

Ev sahibləri 42-ci dəqiqədə azlıqda qalıb. Müdafiəçi Ramin Hacıyev hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

Buna rəğmən, “Kürmük” ikinci hissəyə fəal başlayıb. Gürcü hücumçu Revazi Otaraşvili, 61-ci dəqiqədə belə fürsətlərdən birini dəyərləndirib.

Yenidən oyuna ağırlıq qoymağa başlayan “Kür-Araz” Elxan Məmmədovla fərqi artırıb. Elnur Məmmədov isə 90+2-ci dəqiqədə son nöqtəni qoyub.

“Neftçi”dən tanıdğımız Cavid İmamverdiyev bu matçda iki qol ötürməsiylə yadda qalıb. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 25-ə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Kürmük Qax" isə 12-ci yerdədir.

SPORTİNFO.AZ

Qax OİK stadionu. 60 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Rasim Axundov, Anar Bədəlov
Dördüncü hakim: Vüqar Alıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Nail Təhməzli, 26 (qeyri-idman hərəkəti) // Cavidan Musazadə, 27 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Ramin Hacıyev, 43 (hakimi təhqir etdiyi üçün)
Qollar: Revazi Otaraşvili , 61 // Ramazan Abbasov, 21; Elxan Məmmədov, 39, 65; Elnur Məmmədov, 90+2
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
6. Ramin Hacıyev
9. Nail Təhməzli
4. Təbriz Feyzullayev
10. Ehtiram Kərimov
14. Vüqar Məmmədli
(22. Fərid Məhyəddinov, 78)
26. Fuad Osmanlı
(21. Rəvan Qurbanzadə, 71)
77. Roma Dukaşvili
(17. Musa Kərimli, 83)
16. Büsat Süleymanov
11. Nurlan Camallı
(61. Şamil Rəcəbli, 46)
99. Elvin Süleymanov
(23. Revazi Otaraşvili, 46)
Ehtiyat oyunçular:
1. Murtuzəli Cabbarov
31. Əfəndi Əfəndiyev
Baş məşqçi: Telman Kərimov

Kür-Araz”

1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
14. Elnur Məmmədov (k)
10. Cavid İmamverdiyev
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
9. Elxan Məmmədov
77. Museyib Vəlizadə
(21. Rüfət Rəhimzadə, 69)
15. Babək Yaqublu
17. Elariz Xəlilli
4. Fərid Oruczadə
Ehtiyat oyunçular:

99. Novruz Qəhrəmanov
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
Baş məşqçi: Ələmdar Mustafayev

Digər Xəbərlər
Xəbər Lenti