COP29

Lənkəranda bu oyunu izləyənlər gördü ki… VİDEO+FOTOREPORTAJ

26 Mart 17:20 II Divizion 690
Lənkəranda bu oyunu izləyənlər gördü ki… VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XVIII tur arxada qalıb.

"Lerik" Lənkəranda "Şəki Siti"ni qəbul edib.

Görüş ərzində qapılar ağzında xeyli qol vəziyyəti yaradılıb. Lakin hesabın açılması üçün 45+2-ci dəqiqəni gözləmək lazım gəlib.

Rəvan Quluzadənin cərimə meydançası daxilində kobudluqla dayandırılması Kamran Abdullazadənin penalti vurmasıyla nəticələnib. «Xəzər Lənkəran»ın «şinel»indən çıxmış kapitan fürsəti boşa verməyib.

Qonaqlar ikinci hissənin əvvəlində daha bir zərbə alıb. Pənci Ağazadəni aşkar qol vurmaqdan məhrum edən müdafiəçi Süleyman Rauflu qırmızı vərəqə görüb.

Amma bu, şəkililərin ağ bayraq qaldırmasına səbəb olmayıb. Ramin İsmayılov 66-cı dəqiqədə künc zərbəsindən havalandırılan topu başla tora qovuşdurub.

85-ci dəqiqədə Pənci Ağazadə «Lerik»i yenidən hesabda önə çıxarıb. Osman Soltanov 90+1-ci dəqiqədə status-kvonu bərpa eləyib.

«Şəki»li müdafiəçi Feyruz Bağıyevlə Əli Məzahirliyə dəyib önünə düşən topu birbaşa qapıya istiqamətləndirib. Tam bir bəxt qolu!

Xallarını 28-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

SPORTİNFO.AZ

Lənkəran OİK stadionu. 150 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Elman Kərimov, Anar Bədəlov
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Əli Tağızadə, 43 (qeyri-idman hərəkəti); Rəvan Quluzadə, 56 (qeyri-idman hərəkəti) // Elşən Mustafayev, 45+1 (qeyri-idman hərəkəti); Nəriman İmayətov, 83 (oyunun bərpasının ləngidilməsi); Ramin İsmayılov, 84 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Süleyman Rauflu, 48 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə)
Qollar: Kamran Abdullazadə, 45+2 (p.); Penci Ağazadə, 85 // Ramin İsmayılov, 66; Osman Soltanov, 90+1
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Lerik”

12. Hafiz Məmmədli
5. Feyruz Bağıyev
42. Valid Yusubzadə
8. Ruslan Tağızadə
7. Kamran Abdullazadə (k)
(4. Vusal Nuriyev, 82)
2. Əli Məzahirli
99. Mirabbas Qədirli
14. Penci Ağazadə
11. Əli Tağızadə
(22. Aqil Nəzərov, 68)
9. Azad Bayramzadə
(17. Fahil Dostiyev, 74)
24. Rəvan Quluzadə
Ehtiyat oyunçular:
1. Ayaz Məmmədli
10. Nurlan Əmirzadə
15. Rəsul Məmmədov
19. Farid Şiriyev
25. İtaət Balayev
3. Mirvaleh Hüseynov

Baş məşqçi: Vidadi Hüseynov

“Sheki City”

62. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
14. Elçin Ramazanov
27. Yusif Dilanov
9. Tural Məmmədzadə
44. Osman Soltanov
21. Elşən Mustafayev
(55. Nəriman İmayətov, 46)
99. Sərcan Omarov
(77. Ramin Məmmədov, 11)
33. Tamerlan Rizvanov
7. Xaliq Şabanov
Ehtiyat oyunçular:
12. Emil Mustafayev
13. Eldəniz Əliyev
Baş məşqçi: Firuddin Mövsümov

Digər Xəbərlər
Xəbər Lenti