
II Liqada mübarizə aparan «Dinamo» Türkiyədə fəaliyyət göstərən tekstil şirkətlərindən biriylə müqavilə bağlayıb.
Səkkiz illik aradan sonra futbol ailəsinə qayıdan «polislər» qardaş ölkəyə məxsus geyim brendinin məhsullarından istifadə edəcək.
Qarşı tərəf sifarişi yaxın vaxtlarda Azərbaycana çatdıracaq.
Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən komanda artıq aşağı liqada ilk oyununa çıxıb. «Dinamo» Şəkidə eyniadlı kollektivə 1:2 hesabıyla uduzub.
SPORTİNFO.AZ