COP29

6 aydan sonra futbola qayıtdı, qəhrəman oldu - VİDEO

12 Mart 19:40 II Divizion 970
6 aydan sonra futbola qayıtdı, qəhrəman oldu - VİDEO

I Liqada XVI tura start verilib.

"Cəbrayıl" Bakıda, "Neftçi"nin bazasında "Şahdağ Qusar"ı qəbul edib.

Ruslan Voronsov 22-ci dəqiqədə mərkəzdən qəbul etdiyi topu cərimə meydançasına kimi daşıyaraq, bir toxunuşla qapıçının qollarının arasından tora qovuşdurub.

Cavid Hüseynovun komandasının sevinci 2 dəqiqə sürüb. Müdafiəçiləri qabaqlayan Tural Qürbətov hesabı bərabərləşdirdi.

Növbəti əks-hücumda isə Famil Camalov qonaqların ikinci qolunu vurub.

Mövsümün ilk yarısını «İrəvan»da keçirmiş hücumçunun birinci zərbəsini kiper qaytarsa da, o, arxa xətt oyunçularının sayıqlığı itirməsindən istifadə edərək, ikinci cəhddə başla fərqlənib.

38-ci dəqiqədə baş hakim Əjdər Əkbərov diqqət mərkəzinə düşüb. Referi heç nədən «Cəbrayıl»ın qapısına penalti təyin edib,

Fərman Bayramov isə Tural Qürbətovun zərbəsini qaytarıb. İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib.

Hər iki tərəf fərqlənməyə yaxın olsa da, hesab yalnız 90+3-cü dəqiqədə dəyişib. 6 aydan sonra karyerasını bərpa eləyən Elvin Məmmədov yaşıl sahələrə dönüşünü qolla «yuyub».

Millinin 36 yaşlı sabiq yarımmüdafiəçisi cərimə zərbəsini dəqiq yerinə yetirib. Beləcə, qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

16 turdan sonra 34 xal toplayan "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 32 xalı olan "Şahdağ Qusar" isə 3-cü yerdədir.

SPORTİNFO.AZ

Neftçi Futbol Mərkəzi (IV meydança). 30 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Rəhman Aslanov
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Tapdıq Əhmədov, 7 (qeyri-idman hərəkəti); Vüsal Səfərov, 41 (qeyri-idman hərəkəti); Əliəkbər Şəbiyev, 69 (qeyri-idman hərəkəti) // Vüsal Hüseynov, 35 (qeyri-idman hərəkəti); Tural Qurbatov, 62 (qeyri-idman hərəkəti)
Qollar: Ruslan Voronsov, 22; Elvin Məmmədov, 90+3 // Tural Qurbatov, 24; Famil Camalov, 30
Qolla nəticələnməyən penalti: Tural Qurbatov, 38
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.

“Cəbrayıl”

1. Fərman Bayramov
10. Elvin Məmmədov (k)
4. Vüsal Səfərov
(33. Hüseyn Novruzov, 46)
44. Samir İbrahimov
9. Ruslan Voronsov
7. Tapdıq Əhmədov
(17. Nurlan Quliyev, 57)
13. Elşad Əliyev
22. Əli Nəcəfli
27. Kamran Qürbətov
14. Əliəkbər Şəbiyev
(25. Baxşəli Baxşəliyev, 75)
77. Zahir Mirzəzadə
(5. Anar Qarayev, 88)

Ehtiyat oyunçular:
12. Nurlan Quluzadə
19. Məhərrəm Orucov
11. Polad İbrahimov
Baş məşqçi: Cavid Hüseynov

Şahdağ Qusar”

12. Rafiq Kərimov
(1. Babək Allahverdiyev, 84)
14. Rahid Əmirquliyev (k)
88. Mehdi Rəsulov
(7. Salman Atluxanov, 68)
11. Tural Qurbatov
38. Mübarək Şaquliyev
44. Afin Bağırov
97. Kənan Mirzəliyev
6. Vüsal Hüseynov
(8. Fərman Qənbərov, 46)
9. Famil Camalov
(77. Elmin Əskərli, 77)
21. Ruslan Ağalarov
71. Cavid Quliyev
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
3. Əlimirzə Daşzərini
10. Fuad Məmmədzadə
17. Coşqun Qorçiyev
20. Mehman Məsimov
19. Samir Şixzadayev
Baş məşqçi: Bəhram Şaquliyev

Digər Xəbərlər
Xəbər Lenti