COP29

Lənkəranda su içində futbol, 1 təpik, 1 “paneka”, 1 qol, 1 “qırmızı” - VİDEO

15 Mart 23:40 II Divizion 590
Lənkəranda su içində futbol, 1 təpik, 1 “paneka”, 1 qol, 1 “qırmızı” - VİDEO

II Liqada XVI tura yekun vurulub.

"Lerik" Lənkəranda "Ağdaş"ı qəbul edib.

Güclü yağışdan sonra suyun yığılıb qaldığı Olimpiya Kompleksinin meydançası komandalara ciddi problem yaradıb, ümumi sürəti azaldıb.

Bununla belə, qapılar önündə bir neçə təhlükəli epizod yaradılıb. “Lerik” ilk dəqiqələrdən hesabı açmağa çalışıb, ardıcıl 2-3 maraqlı hücum təşkil edib.

36-ci dəqiqədə isə qonaqlar penalty vurmaq hüququ qazanıb. Uzun ötürməni qəbul edən Zamiq Abubəkirov cərimə meydançası daxilində Valid Yusubzadənin kobudluğuna məruz qalıb.

Zərərçəkmişin özü “paneka” zərbəsiylə toru silkələmək istəyib, qapıçı Hafiz Məmmədli sayıq tərpənib.

Nominal ev sahibləri 75-ci dəqiqədə meydanda azlıqda qalıb. Rəqibin cərimə meydançası önündə topu qəbul edən Azad Bayramzadənin ayağı sürüşüb və zərbəsi rəqibə dəyib.

Baş hakim Mahmud Bağırzadə ona ikinci sarı vərəqəni göstərib. Lakin “Lerik” bundan ruhdan düşməyib.

Yeddi dəqiqə sonra Ruslan Tağızadə künc zərbəsindən göndərilən asmanı başla yaxın məsafədən qapıdan keçirib.

Qarşılaşma cənub bölgəsi təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən "Lerik" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Ağdaş" isə 10-cu yerdədir.

SPORTİNFO.AZ

Lənkəran OİK stadionu. 70 tamaşaçı
Baş hakim: Mahmud Bağırzadə
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Ruslan Babayev
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Azad Bayramzadə, 37, 75 (qeyri-idman hərəkəti); Mirvaleh Hüseynov, 69 (qeyri-idman hərəkəti) // Tural Əjdərli, 21 (qeyri-idman hərəkəti); Oleq Xəlilov, 61 (qeyri-idman hərəkəti); Taryel Zeynalov, 67 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Azad Bayramzadə, 75
Qol: Ruslan Tağızadə, 82
Qolla nəticələnməyən penalti: Zamiq Abubəkirov, 36, 37
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

“Lerik”

12. Hafiz Məmmədli
42. Valid Yusubzadə
8. Ruslan Tağızadə
7. Kamran Abdullazadə (k)
(25. İtaət Balayev, 88)
2. Əli Məzahirli
99. Mirabbas Qədirli
14. Penci Ağazadə
(5. Feyruz Bağıyev, 84)
11. Əli Tağızadə
(24. Rəvan Quluzadə, 61)
9. Azad Bayramzadə
3. Mirvaleh Hüseynov
22. Aqil Nəzərov
Ehtiyat oyunçular:
1. Ayaz Məmmədli
10. Nurlan Əmirzadə
17. Fahil Dostiyev
15. Rəsul Məmmədov
19. Farid Şiriyev
4. Vusal Nuriyev

Baş məşqçi: Vidadi Hüseynov

“Ağdaş”

12. Ümid Paşayev
77. Oleq Xəlilov
3. Səbuhi Ağayev (k)
4. Azad Əzimli
24. Elvin İsmayılov
(36. Şahin Həsənli, 90+1)
7. Taryel Zeynalov
30. Fuad Hüseynov
11. Zamiq Abubəkirov
6. Tural Əjdərli
(26. Taleh Yusifli, 85)
10. Sahil Həsənov
(28. Ülvi Sarıyev, 80)
16. Aqşin Yaqubov
Ehtiyat oyunçular:
18. Ağamurad Hüseynov
Baş məşqçi: Ruslan Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti