O da son anda imtina etdi, komandanın sükanı futbolçuya tapşırıldı

29 Mart 21:20 II Divizion 1 229
O da son anda imtina etdi, komandanın sükanı futbolçuya tapşırıldı

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev fikrini dəyişib.

Yeddi llik aradan sonra fəaliyyətini bərpa edən və II Liqada mübarizə aparan «Şahdağ»ı çalışdırmaq ona tapşırılsa da, 37 yaşlı Əmirquliyev son anda bu təklifdən imtina edib.

Ötən ilin avqustunda futbol səhnəsinə qayıtmış Qusar təmsilçisi Əlimirzə Daşzəriniyə tapşırılıb. 32 yaşlı müdafiəçi oynayan məşqçi olaraq bu görəvə üstlənib.

Hazırda aktivində 10 qələbə və 5 heç-heçə olan şimal kollektivi 35 xalla turnir cədvəlinin 5-ci sırada yer alıb.

Üç gün öncə «Şahdağ»ın baş məşqçi postunda dəyişiklik olub. Bəhram Şahquliyev vəzifəsindən istefa verib.

Buna səbəb Qusar təmsilçisinin II Liqanın 18-ci turunda aldığı məğlubiyyətdir.

«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin maliyyələşdirdiyi komanda İmişlidə «Kür-Araz»a 1:3 hesabıyla uduzub.

Beləliklə, mövsüm ərzində 3-cü yenilgisini alan «Şahdağ» liderlər qrupunu tərk eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"