Messi “Neftçi”nin yetirməsinin bu hərəkətlərini görsəydi... VİDEO+FOTOREPORTAJ

29 Mart 11:40 II Divizion 430
Messi “Neftçi”nin yetirməsinin bu hərəkətlərini görsəydi... VİDEO+FOTOREPORTAJ

II Liqada 18-ci tur arxada qalıb.

Qızıl medal şansını davam etdirən «Füzuli» Bakıda «Ağdaş»ı qarşılayıb.

«ASK Arena»da baş tutan matç nominal ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə tamamlanıb. Birincilər bundan razı qalmaya bilər, niyə də yox?!

Şansızlıq üz verməsəydi, hesab 10:0, 15:0 olmalıydı. Füzulilər hər iki hissədə o qədər qol epizodunu havaya sovurdu ki…Saya gəlməz, hesaba gəlməz!

Ağdaşın bostanabənzər stadionuna öyrəşmiş Ruslan Hüseynovun drujinası «ASK Arena»nın süni qazonunda olduqca miskin göründü.

Müdafiədə yol verilən səhvlər bir kənara, «Füzuli» onları topla elə də «döydü», belə də «döydü».

Qarabağlılar özlərinə bir balaca ciddiyət, bir balaca da əziyyət versəydilər, «Ağdaş» hər iki dəqiqədənbir qapısından top çıxaracaqdı.

Qış fasiləsində «Cəbrayıl»dan gəlmiş Elvin Nəsibov het-trikə imza atdı. Emin Quliyev və Məhəmməd Bədəlbəyli hərəyə bir dəfə fərqləndi.

Mirkamil Əliyev bu dəfə qol vurmadı, ancaq ki, onun 86-cı dəqiqəyə təsadüf edən epizodunu izləməyi hər kəsə məsləhət bilirəm.

«Neftçi»nin yetirməsi topla elə bir junqlyorluq elədi ki, Lionel Messi onun yanında yalan oldu. Rəqibin müdafiəçilərini tək-tək keçdi, qalanlarını qapının önündə sıraya düzdü, son zərbəni vurmağa isə 1 saniyə gecikdi.

Qələbə qrafasında 12 rəqəminə çatan «Füzuli» 41 xalla turnir cədvəlinin ikinci pilləsində özünü rahat hiss edir. 19 xala malik «Ağdaş» 10-cı sırada «yuxuya dalıb».

SPORTİNFO.AZ

“ASK Arena”. 50 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Samir Qaracayev
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Ülvi Sarıyev, 64 (qeyri-idman hərəkəti); Aqşin Yaqubov, 81 (qeyri-idman hərəkəti)
Qollar: Emin Quliyev, 25; Elvin Nəsibov, 26, 55, 75; Məhəmməd Bədəlbəyli, 90
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - yoxdur.

“Füzuli”

1. Kamil Nəzərli
22. Rafael Qavami
(88. Ramin Məhərrəmli, 46)
77. Əziz Hüseynov (k)
6. Ceyhun Cavadov
(44. Məhəmməd Bədəlbəyli, 78)
21. Elvin Mirzəyev
9. Elvin Nəsibov
(20. Haqverdi Həsənov, 76)
7. Təmraz Əmircanov
(8. Mirkamil Əliyev, 46)
17. Elçin Rəhimli
(91. Süleyman Piriyev, 58)
11. Emin Quliyev
18. Mehman Süleymanlı
3. Nurlan Məmmədov
Ehtiyat oyunçular:
12. Əyyub Əliyev
95. Əli İbrahimov
10. Vüsal Tahirov
71. Sergey Markelov
15. Nihad Ağayev
25. Bəxtiyar Zülfüqarlı
Baş məşqçi: Nadir Əliyev

“Ağdaş”

12. Ümid Paşayev
77. Oleq Xəlilov
(36. Şahin Həsənli, 85)
3. Səbuhi Ağayev (k)
4. Azad Əzimli
33. Tofiq Əliyev
24. Elvin İsmayılov
7. Taryel Zeynalov
(16. Aqşin Yaqubov, 46)
26. Taleh Yusifli
(28. Ülvi Sarıyev, 36)
30. Fuad Hüseynov
(14. Elxan Məhərrəmov, 85)
5. Xəyal Əmirli
(18. Ağamurad Hüseynov, 85)
6. Tural Əjdərli
Ehtiyat oyunçular:
66. Rəvan Əliyev
Baş məşqçi: Ruslan Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"