Azərbaycanın titullu klubu borc içində üzür - Onu alan da yoxdur

30 İyul 09:40 II Divizion 1 765
Azərbaycanın titullu klubu borc içində üzür - Onu alan da yoxdur

«Şəmkir» növbəti mövsümə borcla başlayacaq.

Aparılan aradırma nəticəsində klubun böyük miqdarda ödəniş etməli olduğu üzə çıxıb.

II Liqada mübarizə aparan «ağ-qırmızılar»ın hazırda 20 min manatdan çox borcu var.

Həmin məbləğin bir hissəsini futbolçular ilə məşqçilərin maaşı təşkil edir. Həmçinin qida və forma alışından yığılıb qalan ödəmələr qeyd olunmalıdır.

Borc necə qaytarılacaq. Rəhbərlik çıxış yolu axtarır, amma hələlik əlləri heç yerə çatmır.

Axı yerli iş adamları və futbol ictimaiyyəti «Şəmkir»ə dəstək olmur. Kimə müraciət edirlər, əvvəl söz verir, sonra sakitcə aradan çıxırlar.

Pulunu balta kəsməyən biznesmenlər doğma rayonun təmsilçisinə biganə yanaşdığından, komanda gələn sezonun hazırlıqlarına hələ start verməyib.

Məşqlərə nə vaxt başlayacaqları böyük sual altındadır.

Bu etinasız münasibət «Şəmkir»in prezidenti Adil Əliyevi yorub. Vaxtilə hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tutmuş, hazırda isə özünün şəxsi biznesini qurmuş A.Əliyev klubu satışa çıxarıb.

150 min manat verən olsa, bu alqı-satqı baş tutacaq. Ötən günlər ərzində kimsə bununla da maraqlanmayıb.

«Şəmkir» ölkənin titulu klublarından biridir. Qərb təmsilçisi vaxtilə iki dəfə ölkə çempionu olub, kubok qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”