Cavid İmamverdiyevin növbəti klubu bəlli olub.
Azərbaycan millisinin sabiq futbolçusu karyerasını yenidən II Liqada davam etdirəcək.
36 yaşlı yarımmüdafiəçi "Ağstafa Gəncləri" ilə anlaşıb. Müqavilənin müddəti 1 ildir.
Ötən mövsümə "Şəki Siti"də başlayan, daha sonra Region Liqasındja mübarizə aparan "Zəngəzur"a keçən "Neftçi"nin yetirməsi qərb bölgəsinə elə-belə yollanmayıb.
Ona bəribaşdan 3000 manat ediblər. Hər ay isə 2000 manat civarında əməkhaqqı alacaq.
İmamverdiyev karyerası ərzində "Neftçi", "Elazığspor" (Türkiyə), "Sumqayıt", "Sabah", "Keşlə", "Kəpəz", "Kür-Araz", "Şypers Quba", ""Şəki" və son olaraq "Zəngəzur"un formasını geyinib.
Azərbaycan millisinin heyətində 11 oyun keçirən və 1 qol vuran Cavid II Liqanın ən məhsuldar oyunçusudur. Yarışın keçirildiyi ötən üç mövsümü ərzində üst-üstə 65 qol vurub.
Onu da diqqətinizə çatdıraq ki, onun yeni klubunun çətin günləri artıq arxada qalıb. Qərb mənsubu maliyyə problemlərindən qurtulub.
Təkcə respublika ərazisində deyil, postsovet məkanında tanınan mebel şirkətlərindən biri doğma rayonun təmsilçisini öz himayəsinə götürüb.
Tərəflər arasında bir müddət əvvəl başlayan danışıqlar sonda nəticə verib - fabrik şəbəkəsi olan brend hər ay bölgə təmsilçisinə vəsait ayıracaq.
Bu isə «Ağstafa Gəncləri»ni iddialı duruma gətirib. İyundan etibarən bir araya gəlmiş komandaya yeni baş məşqçi təyin olunub.
SPORTİNFO.AZ


