Postsovet məkanında tanınan şirkət rayon klubunu himayəsinə götürdü

21 İyul 11:40 II Divizion 1 366
Postsovet məkanında tanınan şirkət rayon klubunu himayəsinə götürdü

«Ağstafa Gəncləri»nin çətin günləri artıq arxada qalıb.

II Liqada ikinci mövsümə hazırlıq görən qərb klubu maliyyə problemlərindən qurtulub.

Təkcə respublika ərazisində deyil, postsovet məkanında tanınan mebel şirkətlərindən biri doğma rayonun təmsilçisini öz himayəsinə götürüb.

Tərəflər arasında bir müddət əvvəl başlayan danışıqlar sonda nəticə verib - fabrik şəbəkəsi olan brend hər ay bölgə təmsilçisinə vəsait ayıracaq.

Bu isə «Ağstafa Gəncləri»ni iddialı duruma gətirib. İyundan etibarən bir araya gəlmiş komandaya yeni baş məşqçi təyin olunub.

Əli Bağırov kollektivin sükanı arxasına gətirilib. Düşərgəyə xeyli sayda oyunçu qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”