Bölgə təmsilçisi daha bir futbolçu ilə müqaviləni yenilədi

07:40 II Divizion 161
Bölgə təmsilçisi daha bir futbolçu ilə müqaviləni yenilədi

İkinci Liqada çıxış edən “Şirvan” yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Şirvan təmsilçisi ötən mövsümdən komandada çıxış edən Elgün Xəlilovla müqavilənin müddətini daha bir il uzadıb.

“Şirvan” ötən mövsüm debüt etdiyi İkinci Liqanı dördüncü pillədə başa vurub. Daha sonra klub AFFA Region Liqasında iştirak edən “Şirvan” OİK-lə birləşərək vahid klub şəklində fəaliyyətini davam etdirmək qərarı verib.

Birləşmənin Şirvan şəhərində futbolun daha güclü təmsil olunmasına, mövcud potensialın bir mərkəzdə toplanmasına, infrastrukturun inkişafına və gənc futbolçuların yetişdirilməsinə xidmət etdiyi bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti