Satışa çıxarılan kluba yeni baş məşqçi tapıldı - SON DƏQİQƏ

20 İyul 14:00 II Divizion 1 106
Satışa çıxarılan kluba yeni baş məşqçi tapıldı - SON DƏQİQƏ

«Şəmkir»in yeni baş məşqçisinin kimliyi bəlli olub.

II Liqada mübarizə aparan klub Elvin Həsənova tapşırılıb.

Onunla birillik müqavilə imzalanıb.

Bu liqa adıçəkilən mütəxəssisə yaxşı tanışdır. Öncəki illərdə «Hypers Quba» və «Şəki Siti»ni çalışdırıb.

«Şəmkir» çempionatın ötən üç mövsümündə iştirak edib. 2023-cü ildən yarışdığı turnirdə hdələ medalçılar arasına düşə bilməyən «ağ-qırmızılar»dan növbəti sezonda qeyri-adi nəsə gözləməyə dəyməz.

Çünki maddi durum o deyil. Vaxtilə iki dəfə ölkə çempionu titulunu qazanmış qərb təmsilçisinin maliyyə dayaqları hazırda çox zəifdir.

Yerli ictimaiyyət «Şəmkir»ə barmaqarası münasibət göstərir. Kluba yardım kampaniyasına daha heç kim qoşulmur.

Odur ki, rəhbərlik son addımı atıb - kim 150 min manat ödəmək istəyərsə, o da «Şəmkir»in təsiscilik hüququna yiyələnəcək.

Hələlik bu fikirdə olan da ortaya çıxmayıb. Bütün yük Adil Əliyevlə Elçin Qurbanlının üzərində qalıb.

Digər şəmkirli iş adamları isə doğma rayonun komandasının acınacaqlı halını kənardan seyr etməklə məşğuldur, biri də sinəsini irəli vermir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!