Rayonun birləşən klubunda yeni hücumçu, birillik kontrakt

20 İyul 07:30 II Divizion 428
Rayonun birləşən klubunda yeni hücumçu, birillik kontrakt

İkinci Liqada çıxış edən “Şirvan” yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda Kamran Qürbətovu heyətinə qatıb.

Onunla bir illik müqavilə imzalanıb.

23 yaşlı yarımmüdafiəçi bundan əvvəl “Şahdağ Qusar”ın formasını geyinib.

“Şirvan” ötən mövsüm debüt etdiyi İkinci Liqanı dördüncü pillədə başa vurub.

Daha sonra klub AFFA Region Liqasında iştirak edən “Şirvan” OİK-lə birləşərək vahid klub şəklində fəaliyyətini davam etdirmək qərarı verib.

Birləşmənin Şirvan şəhərində futbolun daha güclü təmsil olunmasına, mövcud potensialın bir mərkəzdə toplanmasına, infrastrukturun inkişafına və gənc futbolçuların yetişdirilməsinə xidmət etdiyi bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!