Debütantla hücumçu arasında 1 illik yeni müqavilə imzalandı

17 İyul 07:50 II Divizion 581
Debütantla hücumçu arasında 1 illik yeni müqavilə imzalandı

“Xankəndi” Bəhruz Teymurovla əməkdaşlığı davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, klubla hücumçu arasında bir illik yeni müqavilə imzalanıb.

Bəhruz karyerası ərzində “Karvan”, “Xəzər Lənkəran”, “Şəmkir”, MOİK, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Kəpəz” və “Şamaxı”da çıxış edib.

O, həmçinin Azərbaycanın U-19 yığmasının da formasını geyinib.

Bəhruz Teymurov “Şamaxı” ilə Birinci Liqanın çempionu, “Zaqatala” ilə gümüş və bürünc medalçısı, “Karvan” ilə isə ölkə çempionatının bürünc mükafatçısı olub.

“Xankəndi” 2026/2027 mövsümündən etibarən Birinci Liqada mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti