Yığmanın sabiq forvardı II Liqanın region klubunda

15 İyul 03:30 II Divizion 894
Yığmanın sabiq forvardı II Liqanın region klubunda

“Şirvan” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, II Liqa təmsilçisi hücumçu Amil Yunanovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vaxtilə millinin də formasını geyinmiş 33 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Amilin son klubu "Mingəçevir" olub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM