Ölkəmizdə birləşən klubun rəhbərliyində yeni təyinatlar - FOTO

09:40 II Divizion 316
Ölkəmizdə birləşən klubun rəhbərliyində yeni təyinatlar -  FOTO

Ötən mövsüm II Liqada debüt etmiş «Şirvan» təşkilatlanmaqdadır. Klubun rəhbərliyində yeni təyinatlar həyata keçirilib.

İdarəetmə strukturunun daha da gücləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin daha səmərəli icrası məqsədilə kadr islahatlaına gərək duyulub.

Elnur Əliyev idman üzrə vitse-prezident vəzifəsinə gətirilib. İlkin Dövlətov icraçı vitse-prezident olub.

Vitse-prezident vəzifəsi Xıdır Ağayevə tapşırılıb.

Namil Cəfərov idman direktoru funksiyasını yerinə yetirəcək. Elşad Zeynalov isə təhlükəsizlik işlərinə məsuliyyət daşıyacaq.

Bundan öncə Şirvan futbolunun inkişafı naminə mühüm addım atılıb. «Şirvan» FK və «Şirvan» OİK rəhbərliklərinin qarşılıqlı razılığı əsasında vahid klub şəklində fəaliyyətlərini davam etdirmək qərarı qəbul edilib.

Bu qərar hər iki klubun tarixini, ənənələrini və qazandığı dəyərləri qorumaqla yanaşı, Şirvan şəhərində futbolun daha güclü təmsil olunması, mövcud potensialın bir mərkəzdə birləşdirilməsi, infrastrukturun inkişafı, gənc futbolçuların yetişdirilməsi və qarşıya qoyulan idman hədəflərinə daha effektiv şəkildə çatmaq məqsədi daşıyır.

Bu birləşmə heç bir klubun tarixinin sona çatması deyil. Əksinə, bu, iki dəyərli yolun ortaq məqsəd naminə birləşərək, daha güclü gələcək qurması deməkdir.

SPORTİNFO.AZ

Ölkəmizdə birləşən klubun rəhbərliyində yeni təyinatlar -  FOTO

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama