AFFA bu klubun çempionatda çıxış etməsinə icazə verdi

22 May 01:20 II Divizion 1 163
AFFA bu klubun çempionatda çıxış etməsinə icazə verdi

AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb.

Bölgə təmsilçisinin apellyasiya müraciəti Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, II Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı olub.

Müzakirələrdən sonra “Ağdaş” FK-ya 2026/2027-ci il mövsümündə 2-ci liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsinə qərar verilib.

Digər Xəbərlər
Xəbər Lenti