AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda II Liqanın XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Şirvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şirvan” komandası 500 manat cərimə edilsin (maddə 86.3);
18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Quba” – “Dinamo” oyununda “Quba” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Quba” – “Dinamo” oyununun 67-ci dəqiqəsində “Dinamo” komandasının 19 nömrəli futbolçusu Elvin Cahangirli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Şəmkir” – “Xankəndi” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Şəmkir” – “Xankəndi” oyununun 49-cu dəqiqəsində “Xankəndi” komandasının 7 nömrəli futbolçusu Bəhruz Teymurov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 300 manat cərimə edilsin (maddə 45.1).

