II Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün ən yaxşı bombardiri Cavid İmamverdiyevdir.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan və 3-cü mövsümü başa çatan turnirin ən məhsuldar oyunçusunun hesabında 65 qol var.
Daha iki futbolçu 60 qol səddini arxada qoyub. Elvin Nəsibovu rekordçudan 2 qol ayırır. Tural Qurbatov isə ikincilikdən bir top geridədir.
“Üçlük”dən başqa yalnız Vidadi Cəfərov 50-dən çox qol vurub. Onun aktivində 55 top var.
PFL bayrağı altında keçirilən II Liqanın 10 ən yaxşı bombardiri
1. Cavid İmamverdiyev - 65
2. Elvin Nəsibov – 63
3. Tural Qurbatov – 62
4. Vidadi Cəfərov – 55
5. Elxan Məmmədov – 43
6. Elariz Xəlilli – 42
7. Valeh Seyidov – 41
8. Tofiq Nəsibov - 33
9. Famil Camalov – 30
10. Bəhruz Teymurov - 27

