İkinci Liqada keçirilən “Kür Araz” - “Araz Saatlı” oyununda (3:0) dava düşüb.
Qarşılaşmanın 90+1-ci dəqiqəsində futbolçular arasındakı mübahisə davaya çevrilib.
Hər iki komandanın futbolçuları əlbəyaxa dava edib. Azarkeşlər də meydana daxil olub, aranı bir qədər də qarışdırıb.
Onlardan bir neçəsi futbolçuları döyməyə çalışıb.
Baş hakim Sənan Bayramzadə 4 oyunçuya qırmızı vərəqə göstərib. Qarşılaşma isə yarımçıq qalıb.
AFFA İmişlidə yaşanan hadisəyə bu gün hüquqi qiymət verəcək. İntizam Komitəsinin saat 14:00-da başlayacaq toplantısında kritik qərarların çıxarılması gözlənilir.
Bunun başında «Kür-Araz»a 0:3 hesablı texniki məğlubiyyətin verilməsi gəlir.
Həmçinin klubun böyük məbləğdə cərimələnməsi və minimum 5 oyunda azarkeşlərin stadiona buraxılmaması kimi cəzaların çıxarılması istisna olunmur.
Eyni zamanda «Araz Saatlı» da başverənlərdən ötrü federasiyaya şikayət ünvanlayıb, əlindəki kadrları təqdim edib.
AFFA həmin qərarı çıxararsa, «Araz Saatlı» turnir cədvəlində son pillədən qurtulacaq və Region Liqasına yuvarlanmayacaq. Əksinə, 9-cu pilləyə yüksələcək, «Ağstafa Gəncləri» isə 12-ci sıraya enəcək.
SPORTİNFO.AZ
Görüntüləri təqdim edirik:

