ŞOK AÇIQLAMA: “Futbolçularımı döydülər, söydülər, söz-söhbət var ki…“ - VİDEO

17:40 II Divizion 153
ŞOK AÇIQLAMA: “Futbolçularımı döydülər, söydülər, söz-söhbət var ki…“ - VİDEO

İkinci Liqada keçirilən “Kür Araz” - “Araz Saatlı” oyununda (3:0) dava düşüb.

Qarşılaşmanın 90+1-ci dəqiqəsində futbolçular arasındakı mübahisə davaya çevrilib.

Hər iki komandanın futbolçuları əlbəyaxa dava edib. Azarkeşlər də meydana daxil olub, aranı bir qədər də qarışdırıb. Onlardan bir neçəsi futbolçuları döyməyə çalışıb.

Baş hakim Sənan Bayramzadə 4 oyunçuya qırmızı vərəqə göstərib. Qarşılaşma isə yarımçıq qalıb.

“Araz Saatlı“nın baş məşqçisi Şəhriyar Məmmədov məlum qalmaqalla bağlı Sportinfo.az-a açıqlama verib.

Mütəxəssis baş verən hadisəyə görə AFFA-ya şikayət etdiklərini, ev sahiblərinə texniki məğlubiyyət verilməsini istədiklərini bildirib:

“Ümumiyyətlə, deyim ki, bizim “Kür-Araz“la demək olar bütün oyunlarımızda həmişə hansısa xoşagəlməz hadisə baş verir. Təkcə rəsmi yox, yoldaşlıq görüşləri zamanı da neqativ şeylərin şahidi olmuşuq.

Onlarda bir qadin var, heç bilmirəm, kimdir, nəçidir, nə iş görür - nə vaxt stadiona gəlirsə, bizim futbolçuları təhqir edir. Heç kim də ona nəsə demirəm.

Mən kişi ola-ola o sözləri dilimə gətirməyə utanıram, amma həmin qadın...

Budəfəki hadisəyə gəlincə, əvvələ onu deyim ki, oyunumuz alınmadı. Meydançaya heç cür öyrəşə bilmədik.

Rəqib isə ilk dəqiqələrdən çox aqressiv oynayırdı. Kimi gəldi tapdalayır, vururdular.

Hiss olunurdu ki, gec-tez ara qarışacaq, dava düşəcək. Mən “Kür-Araz“a bələdəm, oyunlarını görmüşəm.

Onlar bu mövsüm heç bir oyunda belə aqressiv mübarizə aparmayıb. Heç onun 10/1-i qədər oynamayıblar.

Oyunun əvvəlində dördüncü hakimə dedim ki, baş hakim Sənan Bayramzadəyə söylə, bunlar hamının ayağını qıracaq, sarı vərəqə göstərməyə çəkinməsin.

O da cavab verdi ki, hər şeyə baxırıq. 90+1-ci dəqiqədə baş hakim “Kür-Araz“dan Elcan Həsənliyə“qırmızı“ göstərdi.

O da meydandan çıxan kimi texniki zonamıza tərəf çevrilib biabırçı hərəkət elədi. Daha sonra tribunaya qalxıb, oradan da bizə qeyri-etik jest göstərdi.

Hər şey bundan sonra lap qızışdı. “Kür-Araz“dan Elcanla yanaşı, Nihat Paşayev və Müseyib Vəlizadə insidentin böyüməsinə səbəbkar oldu.

Azarkeşlər də tökülüb gəldi tribunadan, futbolçularımızı döydülər.

Yaşlı adamdır, uşağı yerində olan futbolçumuzu vurur. İki-üç nəfərin köynəyin qanın içindədir, onları özümdə saxlamışam.

Stadionda təhlükəsizlik təmin olunmamışdı. Futbolçularım döyüləndən sonra kiminsə oradan aparılması nəyimə lazımdır?

AFFA-ya müraciət etmişik ki, hadisəni hərtərəfli araşdırsınlar. Onlara 0:3 hesablı tecniki məğlubiyyət verilməlidir.

Çünki oyunu başa çatdırmağa qoymadılar. Final fitindən qabaq futbolçular, azarkeşlər bizimkiləri döyürsə, yeganə düzgün qərar texniki məğlubiyyət ola bilər.

Həm də istəyirik ki, AFFA “Kür-Araz“ı başqa bir komandanın stimullaşdırması barədə söz-söhbəti araşdırsın. Oyundan qabaq bizim də qulağımıza bəzi belə xəbərlər çatmışdı“.

Görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti