:1Bu gün II Liqada çempion müəyyənləşəcək.
Sportinfo.az xəbər verir ki, sonuncu -27-ci tura 3 oyunla yekun vurulacaq.
"Dinamo" Qubada eyniadlı komandayla üz-üzə gələcək. Lider "Xankəndi" səfərdə "Şəmkir"lə, ikinci yerdəki "Qaradağ Lökbatan" isə "Şirvan"la qarşılaşacaq.
Hazırda "Xankəndi"nin 73, "Qaradağ Lökbatan"ın 70 xalı var. "Xankəndi"yə qərb bölgəsindən 1 xalla qayıtmaq kifayətdir ki, çempion olaraq birbaşa I Liqaya vəsiqə qazanacaq.
Bu halda "Qaradağ" üst liqada doqquzuncu yeri tutan komandaya pley-off matçına çıxmaq məcburiyyətində qalacaq.

“Şirvan” – “Qaradağ Lökbatan”
Hakimklər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Nəriman Ağayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şirvan OİK stadionu
“Şəmkir” – “Xankəndi”
Hakimklər: Xalid Quliyev, Ağadur Mahmudov, Elvin Mədətov, Nahid Xasıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şəmkir OİK stadionu
“Quba” – “Dinamo”
Hakimklər: Hacıağa Həsənov, Sadiq Əliyev, Əkbər Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Quba OİK stadionu

