COP29

Bu qolları qaçıran futbolçuları həyacan içində boğdu - VİDEO

9 May 17:40 II Divizion 522
Bu qolları qaçıran futbolçuları həyacan içində boğdu - VİDEO

Azərbaycan II Liqasında XXIII tur başa çatıb.

"Cəbrayıl" “Neftçi”nin bazasında "Lerik"i qəbul edib.

Qarşılaşmada cəmi 1 qol vurulub. Onu da Ruslan Voronsov 66-cı dəqiqədə qonaqların qapısından keçirib.

Bundan 6 dəqiqə öncə meydana daxil olmuş hücumçu Məhərrəm Orucovun cinahdan qapı önünə ötürdüyü topa ayaq qoyaraq toru silkələyib.

Qış fasiləsində “Karvan”dan gəlmiş forvardın daha bir belə imkanı olub. Onda da qapıçı Röyal Əlizadə sayıq tərpənib.

Vəssalam? Deməli, “Cəbrayıl” 85 dəqiqə qonaqların qapısı önündə “keşik çəkib”.

Cavid Hüseynov erkən qol gözləyirdi. O gözləməyində olsun, futbolçuları əllərinə düşən fürsətləri “xərcləməyində”. Axı nə qədər olar. Bir, iki, üç…

Bu 1 xal da əldən çıxa bilərdi. “Lerik” axır dəqiqələrdə ki imkandan birini dəyərləndirsəydi, sonluq sürpriz alınacaqdı.

Xallarını 52-yə yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 19 xalı olan "Lerik" isə 12-ci yerdədir.

SPORTİNFO.AZ

Neftçi Futbol Mərkəzi (IV meydança). 50 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Elman Kərimov, Aydın Baxşıyev
Dördüncü hakim: Elvin Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Valid Yusubzadə, 44 (qeyri-idman hərəkəti); Mirabbas Qədirli, 87 (hakimin qərarına etiraz)
Qol: Ruslan Voronsov, 66
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Cəbrayıl”

1. Fərman Bayramov
20. Ruslan Əmircanov (k)
4. Vüsal Səfərov
44. Samir İbrahimov
7. Tapdıq Əhmədov
(14. Əliəkbər Şəbiyev, 86)
13. Elşad Əliyev
(17. Nurlan Quliyev, 69)
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
(28. Cavid Tağıyev, 46)
22. Əli Nəcəfli
77. Zahir Mirzəzadə
11. Polad İbrahimov
(9. Ruslan Voronsov, 60)
Ehtiyat oyunçular:
12. Nurlan Quluzadə
23. Həsən Həsənli
Baş məşqçi: Cavid Hüseynov

“Lerik”

93. Röyal Əlizadə
5. Feyruz Bağıyev
17. Fahil Dostiyev
42. Valid Yusubzadə
8. Ruslan Tağızadə
(22. Aqil Nəzərov, 84)
7. Kamran Abdullazadə (k)
36. Heydər Babayev
99. Mirabbas Qədirli
20. Elvin Cahangirli
(10. Nurlan Əmirzadə, 84)
14. Penci Ağazadə
24. Rəvan Quluzadə
(4. Vusal Nuriyev, 78)
Ehtiyat oyunçular:
6. Mətin Əbilsoy
16. Murad Əliyev

Digər Xəbərlər
Xəbər Lenti