«Komandamız hələlik ev oyunlarını doğma rayonda keçirə bilməyəcək».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz Saatlı»nın prezidenti Ədalət Abdullayev deyib.
Məlum olduğu kimi, bu mövsümdən II Liqada mübarizə aparan aran klubu Saatlıdan uzaq düşüb. Şəhriyar Məmmədovun çalışdırdığı komanda rəqiblərini Şirvanda qəbul etməyə başlayıb.
Bu, «Araz» rəhbərliyi ilə yerli Olimpiya Kompleksinin direktoru Aqil Heydərov arasında yaranmış problemlə əlaqədardır.
Belə ki, cari ilin birinci yarısınadək «Araz»da vitse-prezident postunu tutmuş Heydərovun idarəçilərlə münasibətlərində soyuqluq əmələ gəlib. Və bu da pul üstündədir.
Ötən mövsüm I Liqada qüvvəsini sınamış «Araz»ın kompleksə borcu yaranıb. Hardasa 10 min manat civarında ödəmədən söz açırıq.
Klub yönətimi həmin vəsaiti hissə-hissə ödəmək istəsəə də, sabiq vitse-prezident bununla razılaşmayıb. O, borcun tam şəkildə, özü də qısa bir müddətdə geri qaytarılmasını tələb edib.
Amma bu, hələlik mümkün deyil. odur ki, komanda rəqiblərini Şirvanda yerləşən Olimpiya Kompleksinin stadionunda qonaqlayır:
«Bu xəbər elə sizin saytınız vasitəsilə bizim «mətbəx»dən çıxıb. Olimpiya Kompleksinə borcumuz var, açığı.
Amma yaranmış problem borcdan daha çox, şəxsi intriqa zəmninə keçib.
Ona görə də Şirvan Olimpiya Kompleksinin rəhbərliyi ilə danışdıq və razılığa gəldik. Peəşkar Futbol Liqasının nümayəndələri Şirvana oldu, stadionu təftiş etdi».