
I Liqa ilə vidalaşan «Araz Saatlı»nın ciddi problemi yaranıb.
Növbəti mövsümdən II Liqada mübarizə aparmalı olan Aran klubunun yerli Olimpiya Kompleksinə böyük miqdarda borcu var.
Bu məbləğ hardasa 10 min manata yaxındır. Kompleksin rəhbərliyi borcun qısa müddətdə ödənilməsini tələb edib.
Əks halda, «Araz» qarşıdakı müddətdə rəqiblərini burada qəbul edə bilməyəcək.
Odur ki, komandanın bir müddət Bakıda məskunlaşması gözlənilir. Məkan olaraq «Neftçi»nin keçmiş bazası nəzərdə tutulub.
Buna isə əlavə vəsait lazımdır. Çünki qeyd olunan kompleksdə 1 saatlıq məşqin qiməti 150 manatdır.
SPORTİNFO.AZ