«Gedənlər də var, gələn də, amma əsas komandanın özəyini qorumaqdır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şəmkir»in prezidenti Vüsal Məmmədov deyib.
Qərb klubu II Liqada ikinci mövsümünə hazırlaşır.
Ötən «futbol ili»ni 12-ci pillədə başa vuran əyalət təmsilçisi qaoşıdakı sezonda daha iddialı olacaq. Hər halda müsahib daha çempionatda qalmaq deyil, yüksək yerlər uğrunda mübarizə aparacaqlarını bildirib:
«Qəbələdə bir həftə təlim-məşq toplanışı keçdik. İndi də doğma rayonda hazırlığımız olacaq.
Sentyabrın əvvəlində çempionat başlayacaq. Ovaxtadək komandanı daha da gücləndirəcəyik.
Baş məşqçi Ceyhun Əhmədov və köməkçiləri öz işlərini davam etdirəcəklər. İlk dörd yerdən birini tutmaq istəyirik. Bütün planlarımızı bu istiqamətdə qurmuşuq».